- Baxış sayı: 38
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 789
- Mart 30, 2026
- 0

U-21 yığmamızın futbolçusu Fərid Nəbiyevin çıxış etdiyi Çex Respublikasının “Viktoriya Jijkov” klubu “Beneşov”la yoxlama görüşü keçirib.
Allsport.az xəbər verir ki, qarşılaşma “Viktoriya Jijkov”un 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Fərid 2-ci hissədə meydana çıxaraq matçda son qolun müəllifi olub. Nəbiyev 87-ci dəqiqədə fərqlənib.