- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 177
- Dekabr 18, 2024
- 0
Bu gün Bakı-2015 Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün brifinqə təşkil edib. Allsport.az saytı xəbər verir ki, “Fairmont” mehmenxanasında keçirilmiş görüşdə 60 ölkədən 100-dən çox nümayəndə iştirak ediblər. Qurumun rəhbər şəxsləri 1-ci Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında danışıblar. Bakı-2015-in Əməliyyat Komitəsinin baş icraçı direktoru və gənclər və idman naziri cənab Azad Rəhimov nümayəndələr qarşısında çıxışında bunları deyib:
“Diplomatik brifinq komandamız üçün gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına hazırlıqlarla bağlı ən son yeniliklər haqqında diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsət oldu. Biz beynəlxalq aləmdə İlk Avropa Oyunlarına böyük marağın yaşanacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmaq çox vacib hesab edilir”.
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül xanım Nurullayeva Milli Olimpiya Komitələrinin Avropa Oyunlarında oynadığı rollar barədə danışıb.
Bakı-2015-in Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də sözü güdən oyunları haqqında ümumi məlumat verib: “Bu qədər diplomatik lideri burada, Bakı şəhərində bir arada toplamaq və onları Avropa Oyunları ilə bağlı ən son xəbərlər haqqında ətraflı şəkildə məlumatlandırmaq bizim üçün böyük şərəf oldu. Qarşıdan gələn illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edən və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək. Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacib haldır”.