- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 793
- Mart 30, 2026
- 0

Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fateh Tərimlə köməkçiləri – Həsən Şaş, Ümid Davala və bir futbolçu koronavirusa yoluxub. Allsport.az klubun saytına istinadən xəbər verir ki, onların testi müsbət çıxıb.
“İmperator” açıqlamasında karantində olduğunu deyib: “Koronavirus testi müsbət çıxdı. Xəstəxanada əmin əllərdəyəm. Narahat olmayın. Ən qısa vaxtda xəbərləşmək ümidi ilə”.
Bu gün İstanbul təmsilçinin vitse-prezidenti Əbdürrəhim Albayraq və onun həyat yoldaşı Şükran Albayraq da koronavirusa yoluxmuşdu.