- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Avropa liqasının 2-ci təsnifat mərhələsində sentyabrın 17-si saat 20:00-da Bakı olimpiya stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu öncəsi komandaların keçirəcəyi son məşqin və mətbuat konfranslarının vaxtı dəqiqləşib. Allsport.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Fateh Tərimin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Tədbir sentyabrın 16-sı olimpiya stadionunda baş tutacaq və saat 18:00-da başlanacaq. Saat 18:30-da “sarı-qırmızılar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.
Həmin gün BOS-da “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədovun mətbuat konfransı, həmçinin komandamızın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:00-da, məşq isə saat 19:45-də başlanacaq.