Feliks İngiltərə klubunda

“Çelsi” “Atletiko”dan Joao Feliksi transfer etdiyini açıqlayıb.

Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçu “Çelsi”yə qayıtdığı üçün çox şad olduğunu bildirib:

“Çelsi”yə qayıtdığıma görə çox şadam və məşqlərə başlamaq üçün səbirsizlənirəm. Keçən dəfə burada olan tanış simalar görürəm, bu həmişə xoşdur. Burada keçirdiyim vaxtdan çox zövq aldım, dostlarıma və ailəmə bir gün Premyer Liqaya qayıtmaq istədiyimi söylədim. “Çelsi”yə qayıtmaq əla hissdir və mən buna çox şadam”.

Həmin kateqoriyadan