Fernandeş Bekhemə çatır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeş klubun əfsanəsi Devid Bekhemin rekordunu yeniləməyə yaxındır.

Allsport.az xəbər verir ki, portuqaliyalı futbolçu “Nyukasl”la səfər matçında (1:2) cari mövsümdə 14-cü məhsuldar ötürməsini edib.

Bununla da o, Naninin göstəricisini (2010/2011) təkrarlayıb. Hazırkı rekord isə 15 ötürmə ilə (1999/2000) D.Bekhemə məxsusdur.

Eyni zamanda, Fernandeş səfər oyunlarında 9 qol ötürməsi verməklə Rayan Giqqzin (8) rekordunu qıraraq “Mançester Yunayted” tarixinə düşüb.

Həmin kateqoriyadan