- Baxış sayı: 279
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0

Ən nadir “Ferrari” modellərindən biri, 19 ədəd məhdud tirajla istehsal edilən yarış F40 LM-i avqustun 15-16-da Montereydə “RM Sotheby’s” hərracına çıxarılacaq..
Allsport.az xəbər verir ki, avtomobilin gözlənilən qiyməti 8,5-9,5 milyon dollardır.
“Ferrari F40” İtaliya brendinin 40 illik yubileyi üçün yaradılıb və Enzo Ferrarinin dizayn etdiyi sonuncu avtomobil olub.
Maşın 352 kVt (478 at gücü) gücünə malik 2,9 litrlik tvin-turbo V8 mühərriki ilə təchiz edilmişdi, lakin sonradan “Ferrari”nin fransız idxalçısı Daniel Marinin təşəbbüsü ilə mühəndis Culiano Mişelotto avtomobil əsasında yarış versiyası – F40 LM yaradıb.
Standart F40 ilə müqayisədə, F40 LM daha böyük interkullerlər, yenidən işlənmiş eksantrik mili, həmçinin dəyişdirilmiş yanacaq sistemi və daha güclü turbomühərrik alıb. Bu dəyişikliklərlə onun gücü 530 kVt-a (720 at gücünə) çatıb. Daha sonra GTC qaydalarına uyğun hazırlanmış bir versiya ortaya çıxıb və onun gücü artıq 559 kVt (760 at gücü) olub. Bu, məhz “RM Sotheby’s”də hərraca çıxarılan versiyadır.
Bundan əlavə, avtomobil daha böyük “Brembo” disk əyləcləri və daha geniş təkərlərlə təchiz edilib. Qabaqda da əlavə spoyler quraşdırılıb, kapota əlavə ventilyasiya dəlikləri əlavə edilib.
Hərraca daha bir neçə nadir “Ferrari” təqdim olunacaq. Belə ki, 1967-ci ilin “Ferrari” 275 GTB/4-ün təxminən 4 milyon dollara, 2015-ci ilin “Ferrari LaFerrari”nin 4,3-4,8 milyon dollar dəyərində satışa çıxarılacağı, onun açıq versiyası olan 2017 “Ferrari LaFerrari Aperta”nın isə hərracçılar 6-7 milyon dollar alacağını gözləyirlər.


