FİBA nümayəndəsi ilə görüş

Beynəlxalq Basketbol Federasiyasının nümayəndələri Bakıdadır. Allsport.az saytı xəbər verir ki, səfər çərçivəsində FİBA baş katibinin məsləhətçisi Lubomir Kotleba MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev və baş katibin məsləhətçisi Azər Əliyevlə görüşüb.

İclasda Milli Olimpiya Komitəsinin beynəlxalq və Azərbaycan Basketbol Federasiyası arasında əlaqələr, inkişaf və gələcək prespektivlər müzakirə olundu. Həmçinin, bu il Bakıda keçiriləcək İslam Həmrəylik oyunlarında basketbol idman növünün inkişafı qeyd olundu. O cümlədən, “Olympic Moves” məktəblilər proqramında basketbol 3×3 idman növünə xüsusi yer verilib.

Həmin kateqoriyadan