- Baxış sayı: 44
- 19 Mart 2026 10:30
- Baxış sayı: 105
- Mart 19, 2026
- 0

FİFA şurasının son iclasında qadın futbolunun inkişafı ilə bağlı mühüm qərar qəbul edilib. Qurum qadınlardan ibarət milli komandaların məşqçilər heyətində qadın mütəxəssislərin təmsil olunmasını məcburi edib.
Allsport.az xəbər verir ki, sentyabrda keçiriləcək U-20 dünya çempionatından başlayaraq, bütün komandaların heyətində ən azı iki qadın mütəxəssis yer almalıdır. Qaydaya əsasən, onlardan ən azı biri ya baş məşqçi, ya da baş məşqçinin köməkçisi vəzifəsini icra etməlidir.
Yeni reqlament həmçinin tibbi heyəti və digər rəsmi nümayəndələri də əhatə edəcək. Bu qayda DÇ-2027 və FİFA-nın bayrağı altında keçirilən klub turnirlərinə də şamil olunacaq.
FİFA bu addımı qadın məşqçi kadrlarının yetişmə sürətinin qənaətbəxş olmaması ilə əsaslandırıb. Belə ki, DÇ-2023-də iştirak edən 32 komandadan yalnız 12-nə qadınlar rəhbərlik edib. Altı yığma (Argentina, Kolumbiya, Fransa, Haiti, Mərakeş və Filippin) isə heyətində ümumiyyətlə qadın mütəxəssisə yer verməyib.