- Baxış sayı: 19
- 20 Mart 2026 16:32
- Baxış sayı: 116
- Mart 19, 2026
- 0

FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatında iştirak hüququ qazanan bütün yığmaların, o cümlədən İran milli komandasının turnirdə yer alacağını gözlədiyini bildirib.
Allsport.az xəbər verir ki, fevralın sonunda ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra İranın turnirdən çəkilə biləcəyi barədə xəbərlər yayılmışdı.
Lakin İran futbol federasiyasının prezidenti Mehdi Tac komandanın boykot planlaşdırmadığını, sadəcə təhlükəsizlik məqsədilə oyunların Meksikaya keçirilməsi üçün FİFA ilə müzakirələr apardıqlarını açıqlayıb.
İnfantino məsələ ilə bağlı bunları deyib:
“FİFA geosiyasi münaqişələri həll edə bilməz, lakin biz futbolun gücündən körpülər salmaq və sülhü möhkəmləndirmək üçün istifadə etmək niyyətindəyik. FİFA dünya çempionatında iştirak edən bütün komandaların qarşılıqlı hörmət ruhunda mübarizə aparacağını səbirsizliklə gözləyir. Bizim cədvəlimiz var və turnirin qrafikə uyğun keçməsini istəyirik”.
48 komandanın iştirak edəcəyi DÇ-2026 bu ilin 11 iyun – 19 iyul arasında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.