- Baxış sayı: 25
- 20 Mart 2026 11:37
- Baxış sayı: 111
- Mart 19, 2026
- 0

FİFA şurasının növbəti iclasında İsrail futbol assosiasiyasının üzvlüyünün dayandırılması ilə bağlı müraciətə baxılıb və qəti qərar açıqlanıb.
Allsport.az xəbər verir ki, ali futbol qurumu İsrail millisinə və klublarına qarşı hər hansı sanksiya tətbiq etmək üçün əsas tapmayıb. Qurumun rəsmi bəyanatında bildirilir ki, İordan çayının qərb sahilinin hüquqi statusu beynəlxalq hüquq çərçivəsində mürəkkəb məsələ olaraq qalır və bu, nizamnamə pozuntusu kimi qiymətləndirilə bilməz.
FİFA prezidenti Canni İnfantino məsələyə belə münasibət bildirib: “Biz futbol vasitəsilə sülhü təbliğ etmək ideyasına sadiq qalsaq da, geosiyasi münaqişələri həll etmək iqtidarında deyilik”.
Beləliklə, İsrail yığması DÇ-2026-nın seçmə mərhələsində və digər rəsmi turnirlərdə iştirakını davam etdirəcək.