- Baxış sayı: 37
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
AFFA-nın baş katibi Ramil Şeydayevin Azərbaycan millisində oynamaq imkanlarındən danışıb. Allsport.az saytı xəbər verir ki, Elxan Məmmədov TASS agentliyinə açıqlamasında bunu söyləyib:
“Şeydayevin Azərbaycan vətəndaşlığı var və o, Azərbaycan yığmasında oynamaq istəyini bizə bildirib. Biz də futbol federasiyası olaraq bununla bağlı bütün müvafiq sənədləri FİFA-ya göndərmişik. FİFA-nın reqlamentinə görə, onun mütləq Azərbaycan pasportu olmalıdır.
Digər tərəfdən hansısa futbolçu milli karyerası ilə bağlı dəyişikliyi yalnız o halda edə bilər ki, atası, anası, babası və ya nənəsi oynamaq istədiyi ölkənin ərazisində anadan olsun. Məlum olduğu kimi, Ramilin də atası Bakıda anadan olub”.
Qeyd edək ki, “Zenit”dən ayrılan futbolçu bir neçə gün öncə Türkiyənin “Trabzonspor” klubu ilə müqavilə imzalayıb.