FIFA prezidenti: “Futbol insanların həyatından önəmli deyil”

FIFA prezidenti Canni İnfantino koronavirus pandemiyasına görə dayandırılan futbol çempionatları barədə danışıb. Allsport.az xəbər verir ki, qurum rəhbəri hadisələrin bu cür davam edəcəyi halda, yarışların bərpa edilməyəcəyini bildirib:

“Əvvəlcə sağlamlıq, daha sonra futbol ictimaiyyətinə kömək etmək və bu vəziyyətdən necə çıxacağımızı düşünməliyik. Qərarlar hamıya şamil edilməlidir. Oyunlar insan həyatından dəyərli deyil. Hamı bunu başa düşməlidir. Vəziyyət tam düzəlməsə, liqaları davam etdirmək məsuliyyətsizlikdir. İndiki məqamda gözləməliyik”.

Həmin kateqoriyadan