- Baxış sayı: 1
- 28 Noyabr 2024 15:48
- Baxış sayı: 60
- Noyabr 28, 2024
- 0
FİFA hakimi Xəyalə Əzizzadə ölkə rəhbərliyinə müraciət edib.
Allsport.az saytı xəbər verir ki, onun müraciətinə hələ cavab verilməyib. O, referilikdən uzaqlaşdırılması ilə bağlı “Futbol+” qəzetinə açıqlama verib. Xanım ədalət qoruyucusu açıqlamasında, AFFA hakimlər komitəsində yer alan Elçin Məmmədovun ünvanına sərt ittihamlar səsləndirib:
“Elxan Məmmədovla görüşdükdən sonra qarşı tərəfdən səs-soraq çıxmadı. Buna görə də Hakimlər Komitəsinə e-maillə müraciət etdim. Cavabları o oldu ki, məsələni ictimailəşdirdiyinizə görə sizinlə yollarımızı ayırırıq. Belə biabırçılıq olar? Harda görülüb ki, haqqını tələb edən insana qarşı belə davransınlar?
İnanmıram ki, Stuxlik belə bir addım atsın. Böyük etimalla onun beynini dolduran Elçin Məmmədovdu. Məmmədov hansısa səbəbdən mənimlə prinsip aparır. Ola bilsin, onun haqqında səsləndirdiyim fikirlərim xoşuna gəlməyib. O çox kinli adamdı. Elçin avstriyalını da təsir altına salmağı bacarıb. Görün son günlər neçə nəfər fiziki testi verə bilməmək bəhanəsiylə kənarda qalıb. Bütün bunlar onun işidi. Mövsümün sonuna yaxın 12 ədalət təmsilçisinin – aralarında FİFA referisi də var – cəzalandırılması nə deməkdi?
Məmmədovun əlinə yaxşı fürsət düşüb. Vaxtilə kiminlə problemi vardısa, indi onları bir-bir sıradan çıxarır. Sözün əsl mənasında kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz. Onun kimilərə görə kişilik də hörmətdən düşür. Mən həmişə sözlərimin arxasındayam. Daha bəziləri kimi yox.
Haqsızlıq edənlərlə mübarizəmi sona qədər davam etdirəcəm. Yenidən ölkə başçısına və Mehriban xanım Əliyevaya müraciət etmişəm. Artıq məktubuma cavab da gəlib. Qarşıdakı günlərdə qəbulda olacam. Mən İlham Əliyevdən ədalətin bərpa olunmasını xahiş etmişəm. Bunlar isə məni prezidentə müraciət etdiyimə görə cəzalandırırlar”.