- Baxış sayı: 10
- 31 Mart 2026 13:03
- Baxış sayı: 635
- Mart 30, 2026
- 0

Azərbaycanlı FİFA referisi Rauf Cabarov yeni təyinat alıb.
Allsport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Kosovo – Çexiya matçının baş hakimi olacaq.
Ona yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim Rəşad Əhmədov olacaq.
Görüş oktyabrın 7-də keçiriləcək.