- Baxış sayı: 45
- 08 Mart 2026 10:45
- Baxış sayı: 292
- Mart 05, 2026
- 0

5–8 martda milli gimnastika arenasında keçirilən idman gimnastikası üzrə FİG dünya kuboku 30-dan çox ölkədən iştirakçını bir araya topladı.
Allsport.az xəbər verir ki, kubokda ölkəmizi kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil etdilər.
Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olundu. Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazandılar.
Finallarda isə, təəssüf ki, gimnastlarımız ilk üçlükdə yer ala bilmədilər. Belə ki, Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurdu.
Dörd gün ərzində tamaşaçılar yarışlarla yanaşı müxtəlif maraqlı interaktiv əyləncələrdə də iştirak etdilər. Sevimli maskotlarımız Tilli və Cilli də onlarla birlikdə əylənərək idmançıları ruhlandırdı.
Beləliklə, dörd gün davam edən idman bayramı uğurla yekunlaşdı.