- Baxış sayı: 31
- 20 Aprel 2026 08:31
- Baxış sayı: 190
- Aprel 20, 2026
- 0

İdman gimnastikası üzrə FİG dünya kubokunun ilk günü başa çatdı.
Allsport.az xəbər verir ki, 30-dan çox ölkənin mübarizə apardığı kubok 4 gün müddətində milli gimnastika arenasında davam edəcək.
Yarışda ölkəmizi kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. Yarışın ilk iki günü təsnifat mərhələsi, digər iki günü finallar olacaq. İlk günün nəticələrinə əsasən Nikita Simonov və Dəniz Əliyeva final mərhələsinə vəsiqə qazanıb.