- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
“İki gündür tam heyətlə məşq edirik. Buna qədər mən də daxil legionçular öz klublarında idilər. Əsasən taktiki planda çalışmaları yerinə yetiririk. Yəni meydanda necə oynamalıyıq, onu məşq edirik”.
Allsport.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniyaya qarşı keçirəcəkləri ilə oyun öncəsi deyib.
“Rəqibi hələ analiz etməmişik. Gecə yola düşürük. Orda da hazırlaşmaq üçün vaxtımız olacaq. İndi zəif komanda yoxdur. Futzal durmadan inkişaf edir. Hansısa komandanın favorit olduğunu düşünənlər var. Amma bu gün qrupda yer alan millilərin hər birinin şansı var. Niderland son Avropa çempionatına ev sahibliyi edib, müəyyən təcrübəyə sahibdir. Qazaxıstan millisi illərdir yuxarı yerlər uğrunda yarışır. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, yaxşı nəticələr qazana bilərik. Rumıniya ilə oyunla bağlı baş məşqçi həlkə konkret tapşırıq verməyib. Bunu yəqin oyundan 1 gün əvvəl edəcək. Əlbəttə, hər birimiz qələbə qazanmaq istəyirik. Final mərhələsində iştirak etmək istəyiriksə, geriyə yol, hansısa riyazı hesablamalar aparmağa ehtiyac yoxdur. Hər bir oyunda maksimum nəticə qazanmalı, birinci yeri tutub final mərhələsinə yüksəlmək haqda düşünməliyik. Final fitinə qədər mübarizə aparmalıyıq”.