Final tədbiri üçün KİA avtomobilləri

KİA motors korporasiyası ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, Avropa liqasının finalında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.

Allsport.az saytı xəbər verir ki, bu il mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək Avroliqanın final qarşılaşması ilə bağlı tədbirlərdə istifadə olunması üçün KMC şirkətinin ölkəmizdəki rəsmi distribütoru KİA Azərbaycan tərəfindən 70 ədəd yeni model gətirilib. Avtomobillər “Optima”, “Carnival”, “Sportage”, “Sorento”, “K900” və “Stinger” yer alıblar.

Mayın 23-dən 30-dək müddətdə final oyunu ilə bağlı tədbirlərdə  istifadə olunacaq avtomobilləri sürücü ilə UEFA tərəfindən müəyyənləşdirilmiş şirkət təmin edəcək. Avtomobillər əsasən UEFA-nın rəsmi şəxsləri və final qarşılaşmasına gələcək VIP qonaqların hava limanından otellərə, həmçinin oyunla bağlı müxtəlif tədbir məkanlarına daşınması üçün nəzərdə tutulub. Həmin avtomobillər artıq UEFA Avropa Liqası Finalı Bakı-2019-a uyğun şəkildə brendinq olunub.

Həmin kateqoriyadan