Finalçılar bəlli olub

AVF-nin idman zalında 14 yaşadək (U-14) qızlar və oğlanlar arasında voleybol üzrə Azərbaycan birinciliyinin yarımfinal oyunları keçirilib.

Allsport.az xəbər verir ki, qızların yarışında ilk yarımfinal qarşılaşmasında “Azərreyl” komandası “Möminə Xatun” ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən “Azərreyl” finala vəsiqə qazanıb. Digər yarımfinal matçında isə “Turan” komandası “Şərqi Zəngəzur RVK” üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, üçüncü yer uğrunda oyunda “Möminə Xatun” və “Şərqi Zəngəzur RVK”, final görüşündə isə “Azərreyl” və “Turan” komandaları qarşılaşacaqlar.

Günün ikinci yarısında oğlanlar arasında yarımfinal oyunları baş tutub. İlk yarımfinal qarşılaşmasında “Naxçıvan” komandası “Sumqayıt RVK” üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib. Digər yarımfinal matçında isə “Oğuz RVK” komandası 2:1 hesabı ilə “Bakı RVK”nı məğlub edərək finala vəsiqə əldə edib.

Beləliklə, oğlanların yarışında üçüncü yer uğrunda oyunda “Sumqayıt RVK” və “Bakı RVK”, final qarşılaşmasında isə “Naxçıvan” və “Oğuz RVK” komandaları üz-üzə gələcəklər.

Final görüşləri GİN-in voleybol mərkəzində təşkil olunacaq. Oyunlardan sonra qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.

Yarımfinal oyunlarınn nəticələri

28 mart

U-14 (qızlar)

“Azərreyl” – “Möminə Xatun” 2:0 (25:22, 25:22)

“Turan” – “Şərqi Zəngəzur RVK” 2:0 (25:19, 25:21)

Ünvan: AVF-nin idman zalı

U-14 (oğlanlar)

“Naxçıvan” – “Sumqayıt RVK” 2:0 (25:16, 26:24)

“Bakı RVK” – “Oğuz RVK” 1:2 (25:23, 15:25, 11:15)

Ünvan: AVF-nin idman zalı

Həmin kateqoriyadan