“Finalissima” oyunu Madriddə

Argentina və İspaniya milliləri arasında keçiriləcək “Finalissima” matçının “Real Madrid”in ev stadionu olan “Santyaqo Bernabeu”da baş tutacağı gözlənilir.

Allsport.az xəbər verir ki, rəsmi təsdiq gözlənilsə də, artıq bir çox mənbələr bu barədə məlumat yayıb.

İlkin plana görə qarşılaşma Qətərin Doha şəhərindəki “Lusail” stadionunda keçirilməli idi. Lakin yaxın şərqdəki müharibə şəraiti səbəbindən məkanın dəyişdirilməsi ilə bağlı danışıqlar aparılıb. Namizədlər arasında Romanın “Olimpiko” və “Benfika”nın “Estadio da Luz” stadionları olsa da, yekun seçimin “Bernabeu” üzərində dayandığı bildirilir.

Son dünya çempionu Argentina və Avropa çempionu İspaniyanın üz-üzə gələcəyi maraqla gözlənilən matçın martın 27-si, cümə günü keçirilməsi planlaşdırılır.

Həmin kateqoriyadan