Firdovsi Umudov – “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”

Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə müxtəlif nominasiyalar üzrə mükafatlar təsis edir.

Allsport.az saytı xəbər verir ki, fərqlənənlər “Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”, “Ədalətli oyun prinsiplərinə sadiq təbliğatçı”, “Ədalətli oyun prinsiplərinə sadiq hakim”, “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, “Ədalətli oyun prinsiplərinə sadiq idmançı” nominasiyaları üzrə mükafatlandırılırlar.

20 yanvar şəhidi Müşviq İsayevin xatirəsinə yeniyetmə sərbəst və yunan-Roma güləşiçilər arasında 21-ci açıq respublika turnirində bir qrup idman mütəxəssisi Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 4 nominasiya üzrə mükafatlandırılıblar.

“Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi”
Firdovsi Umudov – Azərbaycan Güləş Federasiyasının 1-ci vitse-prezidenti

“Ədalətli oyun prinsiplərinə sadiq hakim”
Vahid Temirov  (Özbəkistan)
Sədi Quliyev (Azərbaycan)

“Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”
Vaşa Kraveişvili (Gürcüstan)
Ruslan Şəmilov (Azərbaycan)

“Ədalətli oyun prinsiplərinə sadiq idmançı”
Andrey Yegerov  (Qazaxıstan)
Vahid Əlizadə (Azərbaycan)

Həmin kateqoriyadan