- Baxış sayı: 289
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Rio-2016-da tarix yazan bahadırlarımız da dünən gecə Vətənə döndü. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandıran sərbəst güləş üzrə millinin böyük məşqçisi Firdovsi Umudov, sevincini belə bölüşdü:
“6 çəki dərəcəsindən 5 medal qazanaraq, komanda hesabında 1-ci yeri tutduq. Bütün güləşçilərimiz qızıl medal qazanmağa layiq idi. Bundan sonra da çalışacağıq ki, uğurlarımızı davam etdirək.
Biz qələbələrimizi aprel döyüşlərində şəhid olmuş əsgərlərimizə və ümumiyyətlə bütün şəhidlərimizə həsr edirik. İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə hələ çox zəfərlərə nail olacağıq”.