- Baxış sayı: 187
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 187
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 4-dən 21-dək “İsmət Qayıbov”da təlim-məşq keçəcək.
Yerli futbolçular yanvarın 4-də, legionçular isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçvəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib haqda daha sonra məlumat veriləcəyi bildirilib.
“Ağ-qaralar” premyer liqada növbəti görüşünü yanvarın 21-də keçirəcək. Bayraqdar “Səbail”in qonağı olacaq.