Formula-1-də pilotlarla komandalar arasında fikir ayrılığı

Formula-1-də pilotların mövcud reqlamentlə bağlı artan narazılığına baxmayaraq, aparıcı komandalar hər hansı dəyişikliyin əleyhinədirlər.

Allsport.az xəbər verir ki, “Ferrari” və “Mersedes” komandaları cari mövsümdə qaydalara düzəliş edilməsi təklifini dəstəkləmirlər.

Məlumata görə, əksər sürücülər hazırkı texniki reqlamenti kəskin tənqid etsələr də, komanda rəsmiləri bu məsələdə onlarla həmrəy olduqlarını açıq ifadə edə bilmirlər.

Pilotları əsas narahat edən məqam güc qurğusunun idarəetmə sistemidir. Belə ki, müəyyən anlarda mühərrikin gücünün qəfil itməsi və bolid üzərində nəzarətin zəifləməsi yarışçıların narazılığına səbəb olur. Hazırda qısa müddətli həll yolu kimi sıralama turlarında elektrik enerjisindən istifadənin məhdudlaşdırılması müzakirə olunur. Lakin mənbə vurğulayır ki, reqlamentdə ciddi və əsaslı dəyişikliklərin 2027-ci ildən tez baş verməsi real görünmür.

Həmin kateqoriyadan