Formula-1-də yeni qayda

Beynəlxalq avtomobil federasiyası (FİA) Formula-1-də təhlükəsizliyi artırmaq üçün reqlamentə “Yağış təhlükəsi” qaydasını əlavə edib.

Allsport.az xəbər verir ki, yeni qaydaya əsasən, yarış vaxtı yağış ehtimalı 40 faiz və daha yüksək olarsa, komandalara bolidlərin tənzimləmələrini dəyişmək icazəsi veriləcək. Bu imkan kvalifikasiyadan iki saat əvvəl, əsas yarışda isə starta qədər qüvvədə olacaq.

Tras quruyarsa, komandalar yenidən əvvəlki sazlamalara qayıda bilərlər.

Qərar 2026-cı ilin yeni nəsil bolidləri üçün akvaplaninq riskini azaltmaq məqsədi daşıyır.

Həmin kateqoriyadan