- Baxış sayı: 46
- 31 Mart 2026 12:12
- Baxış sayı: 804
- Mart 30, 2026
- 0

“Mersedes” komandasının rəhbəri Toto Volf bəzi iştirakçıların tənqidlərinə baxmayaraq, Formula-1-in yeni reqlamentinə açıq dəstək nümayiş etdirib.
Allsport.az xəbər verir ki, Volf yarışların daha rəqabətli və maraqlı hala gəldiyini vurğulayıb:
“Formula-1 dəyişir və əsl yarışlara daha da yaxınlaşır. İndi bir pilot müəyyən anda enerjini toplayır, digəri isə ondan istifadə edir. Bu, mübarizəni daha cəlbedici edir. Bu yarışların gözəlliyini kimsə dana bilməz. Yalnız mühafizəkarlar və keçmişdə ilişib qalanlar bundan narazı ola bilər”.
Bununla yanaşı, funksioner bəzi çatışmazlıqların olduğunu da gizlətməyib. O, əsas diqqətin sıralama turlarına yönəldilməli olduğunu bildirib: “Mənim üçün problem yarışların özündə deyil, onlarla bağlı hər şey qaydasındadır. Biz kvalifikasiya formatı üzərində işləməliyik və bu məsələni Londonda keçiriləcək görüşdə müzakirə edəcəyik”.