- Baxış sayı: 45
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 95
- Noyabr 19, 2024
- 0
Formula-1 üzrə mükafat yarışının 1 ay öncə bitməsinə rəğmən, ölkəmizdə bu tədbirə məsul Bakı şəhər halqası əməliyyat şirkəti (BŞHƏŞ) hələ də işini tam yekunlaşdıra bilməyib. Azərbaycan qran prisi şəhər trası olduğundan və dairənin mərkəzdə yerləşməsi səbəbindən, quraşdırma-yığışdırma prosesi sürətlə getməlidir. Di gəl ki, ötüşmələri canlı seyr etmək üçün guya 100-dən çox xarici ölkənin vətəndaşlarının gəldiyini, tribunalara bütün biletlərin satıldığı yalanını deyən, tender elan etmədən tikinti işlərinə başlayan, amma bu barədə xəbər çıxarkən, qərəzli tərəfdaşı “Sinerji” vasitəsilə bunun onlar tərəfindən aparılmadığı kimi saxta məlumatlar yayan, özünü ancaq öyməklə məşğul olan BŞHƏŞ-in yeni rəhbərliyi, bu məsələdə də maraqlı deyil. Onlara əsas o idi ki, təşkilatçılıq, hadisə və qalmaqal olmadan sona çatsın. Yarışdan sonra paytaxt sakinlərinin rahatlığı və təhlükəsizliyi isə onların vecinə deyil.
Dünya çempionatının 4-cü mərhələsi Bakıda başa catan kimi, növbəti “kosmik tərəqqi” xəbərini yaydılar. Sitat: “Bakı şəhər halqası əməliyyat şirkəti olaraq, sakinlərin rahatlığını daima düşünürük. Bu məqsədlə builki Formula-1 Azərbaycan qran prisi zamanı bağlanan prospekt və küçələri yarışdan sonra, ötən illərlə müqayisədə, ən sürətli şəkildə açaraq sakinlərin istifadəsinə verdik. BŞH bu il yollarda söküntü və demontaj işlərini rekord sürətdə həyata keçirib. Yarışın bitməsindən dərhal sonra, operativ olaraq mərhələli şəkildə açılan yollar 3 gecəyə tamamilə tikinti-quraşdırma konstruksiyalarından təmizlənib”. Maraqlıdır, söküntü və demontaj işləri necə rekord sürətdə həyata keçə bilər ki, iri kiçə və prospektlərdə dəliklər hələ də dəmir lövhə ilə örtülməyib. Bu da, paytaxt sakinləri və qonaqlara, özəlliklə, uşaq və yaşlılara təhlükə yaradır. İnsanlar gecə vaxtı, diqqətsiz olan zaman ayaqları ilə ora ilişib yıxıla bilərlər. Çünki dördkünc deşiklər iri olmasa da, kiçik də deyillər.
Öncəki icraçı direktor Arif Rəhimovun dönəmində, yarışdan qısa müddət sonra bütün işlərlə yanaşı, həmin dəliklər Bakı şəhər halqası boyunca tam örtülülürdü. Görünür, indiki Maqsud Fərzullayevin rəhbərliyi zamanında nizam-intizam qaydasında getmir. Ola bilsin, metal lövhəciklərin xeyli hissəsinin kim(lər)sə arxasına keçib və satılıb(lar). Ya da, onların itiriblər. Yoxsa, ötüşmə dairəsinin səkiləri bu vaxtacan yarısı qapalı, yarısı açıq niyə qalmalıdır ki? Bu quraşdırma ən asanıdır və onun büsbütün yerə vurulması cəmi 1-2 gün çəkir. Gənclər və idman nazirinin müavini Mariana Vasilyevanın bütün sifarişlərini yerinə yetirən Maqsud Fərsullayev (uzun müddət Azərbaycan gimnastika federasiyasında birgə çalışıblar), bu məsələdə niyə açıqlama vermir?
Ümumiyyətlə, son yarışda xeyli narazılıq olub. Öncəkilərdən fərqli, bu dəfə KİV-ə diqqət lazimi səviyyədə olmayıb. Bu özünü təbliğatda da göstərib. Formula-1 ötüşməsinə ən çox yer verən saytların qeyddiyyatdan keçməsi FİA və BŞHƏŞ tərəfindən əngəllənib. Media mərkəzinə buraxılan jurnalistlərin böyük əksəriyyətinin idmana aidiyyatı olmayıb. Təşkilatçlar işə peşəkar yanaşmaq əvəzinə əvəzində, hər şey üzrə bloqçu Ülviyyə Quliyeva və digər trolların vasitəsi ilə yalan təbliğatını işə salaraq gözdə pərdə salmağa çalışıblar. Bakucitycircuit.com da mövsümlük fəaliyyət göstərir, son xəbər aprelin 30-da yerləşdirlib. Yayılan xəbərə görə, əməkdaşların bir qismi evə göndərilib. Buna rəğmən, media departamentində yetərincə əməkdaş fəqliyyət göstərir. Amma onlar yalnız öz saytlarına press-reliz yerləşdirməklə kifayətlənirlər. Mətni isə, çox güman, “Sinerji” şirkətinin qərəzli işçiləri hazırlayır.
İstiqlaliyyət küçəsi: 132-134 saylı tam orta məktəbin önü
İstiqlaliyyət küçəsi: Nəriman Nərimanovun ev muzeyinin önü
Niyazi küçəsi: 6 saylı tam orta məktəbin qarşı tərəfi
Neftçilər prospekti: Qız qalasının önü
Əslində belə olmalı