Fransız futbolçudan “Yuventus” rəhbərliyinə etiraz

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyö Turinə qayıtmaqdan imtina edib. Allsport.az xəbər verir ki, məşqləri bərpa edən klub əcnəbi oyunçuları geri çağırsa da, fransız futbolçu hazırlığa qatılmayıb.

Ölkəsində qalmağa qərar verən 25 yaşlı futbolçu klubun maaşları azaltmasından narazıdır.

“Qoca sinyora”nın ən yaxın transfer dönəmində fransız futbolmu ilə yollarını ayırmağa hazır olduğu bilirilir. Rabyö 2019-cu ilin yayında PSJ-dən “Yuventus”a azad agent statusu ilə keçib.

Həmin kateqoriyadan