“Fulhem”dən 30 milyonluq transfer

Yoakim Andersen karyerasını “Fulhem”də davam etdirəcək.

Allsport.az xəbər verir ki, “Kristal Pelas” müdafiəçini bonuslar daxil olmaqla təxminən 30 milyon funta satmağa razılaşıb. İndi tərəflər müqaviləni yekunlaşdırmaq üzərində işləyirlər.

Andersen artıq 2020/21 mövsümündə icarə əsasında “Fulhem”də çıxış edib. O, 2021-ci ildən “Kristal Pelas”da çıxış edir.

Həmin kateqoriyadan