- Baxış sayı: 28
- 29 Yanvar 2026 14:48
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

Çempionlar liqasının əsas mərhələsinin sonuncu – VIII turu çərçivəsində keçirilən “Liverpul” (İngiltərə) – “Qarabağ” matçının (6:0) ardından baş məşqçimiz Qurban Qurbanov fikrini açıqlayıb.
Allsport.az xəbər verir ki, 53 yaşlı mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:
“Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. Buna baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıq. Futbolçularımı, xalqımızı təbrik edirəm. Liqa mərhələsində keçdiyimiz 8 oyunluq yola baxsaq, çox zəhmət çəkdik. Futbolçularım pley-offa yüksəlməyə layiq idilər. Getdikcə oyunlar çətinləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük matçlar gözləyir. Növbəti oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.