- Baxış sayı: 32
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 786
- Mart 30, 2026
- 0

Bu gün Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Qətərlə üz-üzə gəlib.
Allsport.az saytı xəbər verir ki, Macarıstanın Debretsen şəhərində “Nadyerdeyi” stadionunda hesabı bizimkilər açıb. 16-cı dəqiqədə penaltidən Ramil Şeydayev fərqlənib.
Lakin 2-ci hissədə rəqib hücum futbolu oynayıb. Bunun nəticəsində 2 top vuran son Asiya çempionu əzmkar qələbə qazanıb – 2:1.
3 gün öncə “ay-ulduzlular”ımız portəgizlilərə 0:1 yenilmişdi.
Qətər yığması Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı “A” qrupuna mübarizə aparır. Asiyalılarla matçlar hazırlıq xarakteri daşıyır.
21:00. Qətər – Azərbaycan – 2:1
Qollar: Həsən Əl-Haydos, 55 (pen.), 58 – Ramil Şeydayev, 16 (pen.)