“Futbolçularımız xarakter göstərdilər, bir qol vurdular”

Premyer liqanın V turunun “Zirə” – “Qarabağ” oyunundan (1:3) sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Allsport.az mütəxəssisin fikrini təqdim edir:

“”Qarabağ” fərqlənəndən sonra oyunumuzun balansı pozuldu. Təhlükəli dəqiqələr idi. Üçüncü qol böyük hesablı məğlubiyyətə gətirib çıxara bilərdi. Amma futbolçularımız xarakter göstərdilər, bir qol vurdular.

Çox çalışdılar, əllərindən gələni etdilər. “Qarabağ” bu gün bizdən daha yaxşı idi. Yorğun idik, itkilərimiz çoxdur. Bu oyunda da zədəlilərimiz oldu. Bu qədər problemin içində futbolçular sona qədər mübarizə apardılar.

Keçirdiyimiz 12 oyunu dəyərləndirsək, futbolçuların çıxışından çox razı qalmışam. 4 oyuna altı xal yğmışıq. 2-3 gün yaxşı dincəlib, daha sonra fikrimizi çempionata verəcəyik”.

Həmin kateqoriyadan