Futbolçularımızın görüşü baş tutmadı

Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəmşid Məhərrəmovun komandası – “Adanaspor” da növbəti matçına çıxıb.

Futbolçumuzun klubu doğma meydanda digər azərbaycanlı futbolçu Rail Məlikovun komandası – “Dənizlispor”la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Həm Cəmşid, həm də Rail matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Adanaspor” hazırda 31 xalla turnir cədvəlinin 13-cü, “Dənizlispor” isə 21 xalla 17-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan