Futbolçumuz Türkiyə klubundan qovuldu

Türkiyə PTT 1-ci Liqasında çıxış edən daha bir azərbaycanlı futbolçu klubundan göndərilir. Allsport.az xəbər verir ki, bu, “Girəsunsporun” yarımmüdafiəçisi Ayaz Mehdiyevdir.

“Ağ-yaşıllar” cari mövsümün əvvəlindən çempionat oyunlarında forma geyinə bilməyən və çox vaxt əvəzedici komanda ilə meydana çıxan Mehdiyevlə yollarını ayırmaq qərarına gəlib. Bu barədə klub prezidenti Mustafa Bozbağ açıqlama verib. Yerli mətbuata danışan klub rəhbəri Ayazı göndərəcəklərini deyib.

O, zədə səbindən 6 ay yaşıl meydanlardan uzaq qalacaq futbolçumuzun müqaviləsini dondurmaq variantını da nəzərdən keçirdiklərini bildirib. Qeyd edək ki, Mehdiyev cari mövsümün əvvəlində “Girəsunspor”a keçmişdi.

Həmin kateqoriyadan