- Baxış sayı: 35
- 24 Noyabr 2024 17:35
- Baxış sayı: 157
- Noyabr 25, 2024
- 0
Türkiyə Superliqasında 2-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budağın komandası “Kayserispor” səfərdə “Fənərbağça” ilə qarşılaşıb.
“Anadolu ulduzları” bu matçdan heç-heçə ilə ayrılıb – 3:3. Futbolçumuz görüşün 82-ci dəqiqəsində, hesab 2:2 olarkən meydana çıxıb. Bundan cəmi 8 dəqiqə sonra millimizin üzvü qol vurub. Amma komandası qələbə hesabını qoruya bilməyib.
38-ci dəqiqədən etibarən azlıqda qalan “sarı bülbüllər” 90+3-cü dəqiqədə məğlubiyyətdən qaça bilib. “Kayserispor” 2 turdan sonra 1 xalla 18 klub arasında 16-cı yerdədir.