Futbolçunun arvadını və uşaqlarını bir kənara bağlayıb, evini yağmaladılar

PSV-nin hücumçusu Əran Zahavi Niderlandda böyük şok yaşayıb. Allsport.az xəbər verir ki, İsrail millisinin üzvü “Villem II” komandası ilə səfər matçı üçün Tilburq şəhərinə yollanıb.

Onun həyat yoldaşı Şay, 8 yaşlı oğlu və 5 yaşlı əkiz uşaqları evdə qalıblar. 2 quldur isə onların evdə tək qalmasından istifadə edib. Onlar evə daxil olmaq üçün karqo şirkətinin geyimindən istifadə ediblər və özlərini şirkət əməkdaşları kimi təqdim ediblər. Onların karqo şirkətindən gəldiyini düşünən futbolçunun həyat yoldaşı qapını quldurların üzünə açıb. Bu zaman isə onlar silah çıxarıb, xanımı və uşaqları qorxudublar.

Quldurlar evdəki bütün dəyərli əşyaları aparıblar. Şay Zahaviyə zəng etmək istəyərkən, işbazlar onu və uşaqları “skoç”layıb, bir tərəfə bağlayıblar. 

Həyat yoldaşından zəng gəldiyini görən, Zahavi isə şübhələnib və polislə əlaqə qurub. Ancaq polislər evə gələrkən soyğunçuların izinə rast gəlinməyib. Helikopter axtarışı da fayda verməyib və həmin 2 şəxs tapılmayıb. Polislər axtarışa davam edirlər.

Həmin kateqoriyadan