Futbolda “Venger qaydası” dövrü başlayır

FİFA aprelin 4-dən etibarən Kanada premyer liqasında yeni ofsayd qaydasını və məşqçi sorğusu sistemini sınaqdan keçirəcək.

Allsport.az xəbər verir ki, Arsen Vengerin təklifi ilə hücumçu bədəninin hər hansı hissəsi ilə müdafiəçi ilə eyni xətdədirsə, ofsayd sayılmayacaq.

Bu, hücum edən tərəfə böyük üstünlük verəcək. Həmçinin, məşqçilər mübahisəli epizodlarda hakimdən VAR-a baxmağı tələb edə biləcəklər.

Layihə uğurlu olarsa, gələcəkdə bütün dünyada tətbiq olunacaq.

Həmin kateqoriyadan