- Baxış sayı: 24
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Beynəlxalq futbol assosiasiyaları şurasının iclasında qaydalarda bəzi dəyişikliklər təsdiqlənib. Allsport.az xəbər verir ki, yeniliklər aşağıdakı kimidir:
– Top hücumda olan komandanın üzvünün əlinə dəyərsə və sonradan qol olarsa, əllə oyun qeydə alınacaq. Əks halda, oyun davam etdiriləcək;
– Çiyinlə dirsək arasına dəyən top əllə oyun kimi qiymətləndirilməyəcək. Əgər buna oxşar epizod qapıya zərbə zamanı qeydə alınsa, VAR-a baxılır;
– Penaltilər seriyasında qapıçıların oyun ərzində aldığı sarı vərəqəsi nəzərə alınmayacaq;
– Qapıçı 11 metrlik cərimə zərbəsi zamanı irəli çıxarsa, rəqibə hərəkətləri ilə mane olarsa və zərbə qol olmasa, penalti təkrarlanır;
– Penaltinin təkrarlanmasına səbəb olan qapıçı sarı vərəqə alacaq;
– VAR-a baxmağa gedən hakim 1 dəfə monitor işarəsi verəcək. Digər şübhəli epizodlarda isə ona xəbər ediləcək və o, epizodla bağlı monitorda qərar qəbul edəcək.
Qərarlar yeni mövsümdən qüvvəyə minəcək.