- Baxış sayı: 9
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
“Keşlə” premyer liqasının 8-ci turunda “Qarabağ”a 1:6 məğlub olub. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Yunis Hüseynov böyük hesablı məğlubiyyətə söz tapmayıb:
“Oyun haqda danışılası bir şey yoxdu. İlk qol oyunun qırılma nöqtəsi oldu. 3-cü qoldan sonra da komandanın oyunu alınmadı. 1:6 hesabıyla uduzan komanda haqda deyiləsi nəsə yoxdu. Futboldur, 0:10 da olur, 0:8 də. İkinci qoldan sonra komanda dağınıq futbol oynadı.
Erkən qol hər bir komandaya pis təsir edir. Təhlükəli vəziyyət də deyildi. Düzdür, qapıçını da qınamaq düzgün deyil. İkinci qol da səhvdən oldu və komandada ruh düşkünlüyü yarandı. Səhvlərdən nəticə çıxarmaq lazımdı. Hər komandada belə məğlubiyyətlər olur. Qarşıdakı oyunlara hazırlaşmalıyıq. Bir oyunla heç nə bitmir”.