- Baxış sayı: 29
- 01 Aprel 2026 13:54
- Baxış sayı: 808
- Mart 30, 2026
- 0

COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər kabineti yanında operativ qərargahın qəbul etdiyi müvafiq qərarlara uyğun olaraq tətbiq edilən karantin müddətində AFFA-dan yaşı 65-dən yuxarı olan bir neçə futbol veteranına həftədə 2 dəfə zəruri gündəlik tələbat malları ilə yardım olunub. Allsport.az xəbər verir ki, yardımın çatdırılması Avro-2020-nin könüllüləri vasitəsilə həyata keçirilib.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov videokonfrans vasitəsilə futbol veteranlarına yardım kampaniyasının iştirakçısı olmuş könüllülərlə ünsiyyətdə olub, fəal iştiraklarına görə AFFA rəhbərliyi adından onlara təşəkkür edib.
Məmmədov qeyd edib ki, 2020-ci il dövlət başçısının sərəncamı ilə “Könüllülər ili” elan olunub və gənclərin bu prosesdə iştirakı, könüllü kimi AFFA-nın yardım kampaniyasına öz töhfələrini verməsi təqdirəlayiq haldır.
Yardım kampaniyasında iştirak etmiş hər bir könüllü sertifikatla təltif olunub və videkonfrans zamanı həmin sertifikatların yaxın günlərdə könüllülərin ünvanlarına çatdırılacağı bildirilib.