- Baxış sayı: 9
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov premyer liqanın 19-cu turunda “Səbail”lə (1:1) matçdan sonra fikirlərini bildirib. Allsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis oyunu şərh edib:
“Çətin olacağını bilirdik. Çünki rəqibi analiz etmişdik. Futbolçulara bütün tapşırıqları vermişdik, amma sonda buraxılan bir səhv komandamızı qələbədən məhrum etdi. Düzdür, oyuna biz nəzarət edirdik, amma rəqib hesabda geri olduğuna görə çoxluqla hücuma atıldı ki, bu da təzyiqi artırdı.
Bundan sonra futbolçularımız risk etməyib, hesabı qorumaq istəyirdilər. Amma standart vəziyyət zamanı buraxılan səhv qələbəni əlimizdən aldı. Belə hallar olur. Yolumuza davam edəcəyik. Səhvləri analiz edib, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.