- Baxış sayı: 19
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 809
- Mart 30, 2026
- 0

Premyer liqada 1-ci turun “Neftçi” – “Səbail” (2:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov fikrini bölüşüb. Allsport.az xəbər verir ki, 43 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Uzun fasilədən sonra futbola qayıtdığımıza görə sevinirik. İlk oyunlar həmişə çətin olur. Uzun müddət rəsmi oyun keçirmirdik. Ancaq futbolçular meydanda əzmkarlıq göstərdilır, qələbə üçün çox çalışdılar. Hər birini təbrik edirəm. Yaxşı komandaya qarşı oynayırdıq. Rəqibi də yaxşı futbola görə təbrik edirəm. Bir hücumçu komandamıza gəlmək üzrədir. Bütün detallarda razılıq əldə olunub. Gələn həftə bizimlə olacaq”.