- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsinin “Şkupi” klubu ilə matç sonrası mətbuat konfransında fikrini bölüşüb. Allsport.az xəbər verir ki, o, 2:1 hesablı qələbəni şərh edib:
“Çətin oyun olacağını bilirdik. Çünki bu turnir tam başqadır. Komandamıza rəqib haqda bütün tapşırıqlar vermişdik. İlk hissədə oyunumuz tam alınmırdı. Bu da rəqibin arxada çox qapanması ilə bağlı idi. Biz başqa tapşırıqlar vermişdik. İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik, amma ikinci hissədə hücum etdik, təzyiq göstərdik.
Bu təzyiq rəqibi səhvlərə məcbur etdi, bundan da istifadə edib qalib gəldik. Əzmkarlıq göstərdiklərinə görə futbolçuların hər birinə təşəkkür edirəm. Düzdür, səhvlər var, bu normaldır. Bizim işimiz çalışıb, səhvləri azaltmaqdır. Bütün “Neftçi” azarkeşlərini, “Neftçi” sevərləri təbrik edirəm”.