- Baxış sayı: 33
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 2-ci turunda evdə “Sumqayıt”a uduzan “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov açıqlama verib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:
“Komandamız bu gün istədiyimiz səviyyədə oyun göstərmədi. Çox zəif, pis oynadıq. Heç belə oynamamışdıq. Rəqib bizdən daha istəkli idi. Həmin istəyi oyunçularda görə bilmədim.
Oyuna baxıb təhlil edəcəyik. Qarşıda “Qalatasaray”la Avropa liqası matçı var. Həmin görüşə qədər bütün səhvləri aradan qaldırmaq lazımdı”.