- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa liqasının ikinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, “Qalatasaray”la oyunda komandanın meydana qələbə qazanmaq üçün çıxacağını deyib:
“Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yox idi. Çünki üçü də güclü komandalardır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. “Qalatasaray”la qarşılaşacağıq. Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə üçün çıxacağıq”.
Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.
İdrak CAMALBƏYLİ