- Baxış sayı: 19
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
Premyer liqanın 16-cı turun “Qarabağ” – “Neftçi” (0:0) oyunundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Füzuli Məmmədov fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis oyunu şərh edib:
“Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. “Qarabağ”ın gücündən danışmağa ehtiyac yoxdur, təcrübəli və yaxşı futbolçulara sahibdilər. Bu oyuna ciddi hazırlaşmışdıq. Futbolçular maksimum dərəcədə tapşırıqları yerinə yetirdilər. Qalib gəlmək istəyirdik.
Azarkeşlər bizdən qələbə gözləyirlər. Amma alınmadı. Azarkeşlər qələbəyə layiqdilər. Sabah “Forza Neftçi”nin ad günüdü. Onları təbrik edirəm. Qalib gəlib, bunu onlara hədiyyə etmək istəyirdik. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik”.