- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Füzuli şəhəri ilə ilk görüşümüzdə qorxu var idi, çünki 29 il idi biz ayrı idik. Özümün, qardaşlarımın orada ev, yurd salması vacibdir”. Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsindən allsport.az saytına bildiriblər ki, bunu “Neftçi” klubunun futbolçusu Qara Qarayev deyib.
O, torpaqlarımızın işğaldan azad olunmasının, insanların ora köçməsinin vacib məsələ olduğunu söyləyib: “Oraya mütləq qayıtmalıyıq. Nə qədər burada nəfəs alsaq da, bizim ilk nəfəsimiz, ilk toxunuşumuz orada olub. Qarabağ adı bizi birləşdirib, qəhrəman edib”.
Azərbaycan respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair I dövlət proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
Dövlət komitəsi tərəfindən məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri həyata keçirilir.