- Baxış sayı: 83
- 14 Dekabr 2025 10:00

- Baxış sayı: 141
- Dekabr 19, 2025
- 0


Mayın 24-25-də Polşanın Kruşvisa şəhərində akademik avarçəkmə üzrə 19 yaşadək idmançılar arasında Avropa birinciliyi keçiriləcək.
Allsport.az xəbər verir ki, 27 ölkənin iştirak edəcəyi yarışda Azərbaycanın 4 idmançısı mübarizə aparacaq.
Heyəti Azər İlyasov, Tunar Məmmədzadə, Məhəmməd Əlizadə və Cahangir Məmmədlidən ibarət yığma komandam 4 nəfərlik akademik avarçəkmə qayığında qitə birinciliyinin medalları uğrunda yarışacaq.