“Gələcəkdə nə baş verə biləcəyini heç kim bilmir”

İspaniya millisinin və “Atletik”in vingeri Niko Uilyams yay transfer pəncərəsində “Barselona”ya baş tutmayan keçidindən danışıb.

Allsport.az xəbər verir ki, o, bu uğursuz transferə görə məyus olmadığını bildirib:

“Belə böyük klubun mənə maraq göstərməsi xoşdur. Ancaq çoxdan qərar verdim ki, “Atletik”də olmaq istəyirəm. “Atletik”ə fayda vermək üçün böyük istəyim var. Ürəyim bu komandaya məxsusdur, burada oynamaq istəyirəm. Amma gələcəkdə nə baş verə biləcəyini heç kim bilmir”.

Həmin kateqoriyadan